“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilindi
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
1news.az xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.
Matçın baş hakimi Pavel Orel olacaq. Ona yan xətt hakimləri Petr Blajey və İrji Krjij kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
Hakim-inspektor Gürcüstandan olan Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.
1news.az
674