“Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanır” - Elman Rüstəmov
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb.
1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb.
E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycanın xarici ticarət balansı profisitdədir və bu da strateji valyuta ehtiyatlarının qorunması üçün şərait yaradır.
Mərkəzi Bank sədri əlavə edib ki, Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunduqdan sonra orada bank şəbəkəsi yaradılacaq və bu ərazilər ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
1news.az
885