Budapeştdə Bərdə terroruna etiraz bildirilib - FOTO | 1news.az | Xəbərlər
Dünya

Budapeştdə Bərdə terroruna etiraz bildirilib - FOTO

15:05 - 01 / 11 / 2020
Budapeştdə Bərdə terroruna etiraz bildirilib - FOTO

Macarıstanda yaşayan azərbaycanlı icmasının və tələbələrin təşəbbüsü ilə Budapeşt şəhərinin Azadlıq meydanında Ermənistan silahlı qüvələrinin Bərdə və Gəncə şəhərlərini atəşə tutması nəticəsində həlak olanlarının anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Bərdə, Gəncə və digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün baş tutan aksiya terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Aksiyada 50 nəfər gənc soydaşımız əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat lövhələrini, "Körpələr mələkdirlər, mələklərin öldürülməsinə son qoyulsun!", "Mən sülhəm, amma Ermənistan məni öldürdü!", "Bərdə üçün dua et!" və sair şüarları tutublar. Meydanda yanan şamlarla "Bərdə" sözü əks olunub və ətrafına boş qalmış ayaqqabılar düzülüb.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini hədəfə alması barədə məlumat verilib.

Qafar Ağayev

Paylaş:
514

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər