“Sumqayıt” “Neftçi”yə, “Qarabağ” “Keşlə”yə qarşı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq.
1news.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutacaq.
Öncə "Sumqayıt" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək.
Turun qapanış matçında isə son çempion "Qarabağ" bu mövsümə yaxşı start verən "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək.
İlk oyun günündə "Qəbələ" doğma meydanda "Sabah"a 2:1 hesabıyla qalib gəlibsə, "Zirə" - "Səbail" matçında qapılara qol vurulmayıb.
Azərbaycan Premyer Liqası
VIII tur
1 noyabr
"Sumqayıt" - "Neftçi"
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev.
"Sumqayıt Arena", 14:00.
"Qarabağ" - "Keşlə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı.
"Azersun Arena", 16:00.
1news.az