Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu | 1news.az | Xəbərlər
İdman

Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu

23:58 - 19 / 11 / 2020
Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb.

Trend-in Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.

S.Xankişiyeva

 

Paylaş:
689

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər