Azərbaycan və Rusiya Xarici işlər nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Rusiya Xarici işlər nazirləri arasında telefon danışığı olub

16:27 - 21 / 12 / 2020
Azərbaycan və Rusiya Xarici işlər nazirləri arasında telefon danışığı olub

Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Qafar Ağayev

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər