Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir - FOTO

10:53 - 30 / 01 / 2021
Erməni təşkilatı Azərbaycanın ABŞ-dakı səfirini təhdid edir - FOTO

Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən 1news.az-a bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.

“ANCA rəsmi twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - məlumatda bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
739

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər