Medvedev: “Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir”
Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı belədir.
1news.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yerli KİV-ə müsahibəsində deyib.
"Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil", - D.Medvedev Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasındakı rolu ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə bağlı daim danışıqlar aparıblar: "Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Bu da ümumi sabitləşmənin elementidir. Ancaq bunu hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim və ya burada konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə regionda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir".
1news.az