ABŞ-da 100 maşın toqquşdu: 6 nəfər öldü, 36 yaralı var - VİDEO | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da 100 maşın toqquşdu: 6 nəfər öldü, 36 yaralı var - VİDEO

16:52 - 12 / 02 / 2021
ABŞ-da 100 maşın toqquşdu: 6 nəfər öldü, 36 yaralı var - VİDEO

ABŞ-ın Texas ştatında baş verən yol qəzasında 6 nəfər ölüb, daha 36 nəfər xəstəxanalara yerləşdirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə CNN televiziya şirkəti polisə istinadən bildirib.

Bundan öncə Fort-Uert şəhərinin polis idarəsinin nümayəndəsi Daniel Siqura yol qəzasında 5 nəfərin öldüyü barədə məlumat verib.

Texasın mərkəzi magistral yollarından birində təxminən 100 avtomobil toqquşdu. Qəzaya səbəb yolun buzlaşması olub.

1news.az

Paylaş:
1406

Son xəbərlər

ABB binasında Libraff!

16 / 09 / 2025, 17:24
Bütün xəbərlər