Hərbi Qənimətlər Parkına giriş biletinin qiyməti məlum oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Qənimətlər Parkına giriş biletinin qiyməti məlum oldu - FOTO

Qafar Ağayev17:35 - 14 / 04 / 2021
Hərbi Qənimətlər Parkına giriş biletinin qiyməti məlum oldu - FOTO

Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Hərbi Qənimətlər Parkına giriş biletinin qiyməti məlum olub.

1news.az-ın məlumatına görə, bilet qiyməti 2 manatdır.

Şəhid ailələrinin üzvləri və 6 yaşınadək uşaqlar üçün Hərbi Qənimətlər Parkına giriş pulsuzdur.

Xarici vətəndaşlar üçün isə biletin qiyməti 10 manat təşkil edir. Əgər kimsə bələdçi xidmətindən istifadə etmək istərsə, o zaman bunun üçün 20 manat pul ödəməli olacaq

Park 14 aprel tarixindən etibarən vətəndaşlar üçün açıqdır. Hərbi Qənimətlər Parkına ziyarət epidemiya əleyhinə profilaktik tədbirlərə uyğun olaraq təşkil edilir.

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər