İdman zallarına giriş belə olacaq - Azərbaycanda COVİD pasportunun tətbiqinə başlanılır
Azərbaycanda koronavirusla bağlı yeni sənəd - COVİD pasportunun tətbiqinə başlanılır.
1news.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O, qeyd edib ki, COVİD pasport iki sertifikatdan ibarət olacaq.
“Hər iki sertifikatın adı kovid pasport adlandırılacaq”. Birincə sertifikat peyvəndləşmə sertifikatıdır, hansı şəxslər ki, iki mərhələ peyvənd olunublar, onlara “e-gov” portalında vaksin sertifikası formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “E-Təbib” proqramı vasitəsi ilə çıxışı var, eyni zamanda həmin sertifikatı “E-gov” portalında əldə etmək olar. İkinci sertifikat isə immunitet sertifikatıdır, xəstələnib sağalan şəxslərə tətbiq olunur, onlara müəyyən vaxt ərzində vaksinasiya tətbiq olunmur. Bu sertifikatlardan biri mövcud olarsa, idman zallarına girişə icazə veriləcək. Gələcəkdə COVİD pasportu olan şəxslərin digər xidmətlərə çıxışına da icazə veriləcək. Burada söhbət toylar, konsert, teatr və şənlikləridən gedir”.