Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib - FOTO

S.Xankişiyeva16:20 - 06 / 08 / 2021
Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın ikinci iclası keçirilib - FOTO

Bu gün Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib.

İclasda iştirak etmək məqsədilə Birgə Komissiyanın İraq Respublikası tərəfindən həmsədri, bu ölkənin rabitə naziri Arkan Al-Şeybanin rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

​Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev İraqlı qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və İraq sıx tarixi, dini və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırılıb ki, gələn il Azərbaycanla İraq arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək.

Nazir Rəşad Nəbiyev İraq nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. Müharibədən sonra İraq Parlamentinin rəhbərliyi və millət vəkilləri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təbrik məktublarının ünvanlanmasından duyulan məmnunluq ifadə olunub.

Sonra Rəşad Nəbiyev Azərbaycanda nəqliyyat, rabitə və rəqəmsal transformasiya sahələrində görülən və planlaşdırılan işlər, eləcə də ölkəmizin makroiqtisadi göstəricilərini diqqətə çatdırıb.

İclasda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün güclü potensialın olduğu vurğulanıb, ticarət, iqtisadiyyat, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu imzalanıb.

Məlumat üçün bildirək ki, Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.

Paylaş:
526

Son xəbərlər

Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22
Bütün xəbərlər