Prezident “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

S.Xankişiyeva16:00 - 28 / 08 / 2021
Prezident “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!”.

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər