Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək

S.Xankişiyeva12:31 - 31 / 08 / 2021
Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək

“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib.

“Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə gün ərzində Xəzər dənizində birgə fəaliyyət tədbirləri işlənəcək”, - o deyib.

Xatırladaq ki, ilk dəfə olaraq İranda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının “Dəniz Kuboku” müsabiqəsində Azərbaycan, Qazaxıstan, İran və Rusiyaya məxsus kiçik raket və artilleriya gəmiləri iştirak edir.

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər