“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb - FOTO

S.Xankişiyeva18:03 - 02 / 09 / 2021
“TurAz Şahini - 2021” təlimlərinə yola düşən heyət Türkiyədə qarşılanıb - FOTO

Türkiyənin Konya şəhərində keçiriləcək “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri iştirak edəcək Azərbaycanın 78 nəfərdən ibarət şəxsi heyəti Türkiyədə qarşılanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter səhifəsində yazılıb.

Qeyd olunub ki, Azərbaycan Hərbi Hava Qüvvələri 2 MiQ-29 və 2 Su-25 təyyarəsi ilə təlimlərdə iştirak edəcək.

Təlimlər sentyabrın 6-dan 17-dək davam edəcək.

Paylaş:
876

Son xəbərlər

Bütün xəbərlər