Tokio-2020: Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub | 1news.az | Xəbərlər
İdman

Tokio-2020: Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

S.Xankişiyeva10:41 - 04 / 09 / 2021
Tokio-2020: Azərbaycan Paralimpiadanı 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, yığmamız sabah başa çatacaq Paralimpiadada daha iki qızıl medal qazanıb.

Təmsilçilərimizdən paraatlet Lamiyə Vəliyeva ikinci dəfə fəxri kürsüyə yüksəlib. 100 m məsafəyə qaçışda gümüş medal alan həmyerlimiz 400 m məsafəyə qaçışda qızıl mükafata sahib olub. O, 55 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb.

Digər paraatlet Orxan Aslanov isə uzunluğa tullanmada qızıl medala yiyələnib. Təmsilçimiz 7,36 m nəticə göstərib.

Beləliklə, millimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla bitirib. Komandamız hazırda medal sıralamasında 9-cu yerdə qərarlaşıb.

Paylaş:
664

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər