Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir - VİDEO

S.Xankişiyeva10:49 - 09 / 09 / 2021
Laçında Azərbaycan-Türkiyə birgə təlimi davam edir - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Paylaş:
642

Son xəbərlər

Bütün xəbərlər