Kərim Vəliyev Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Kərim Vəliyev Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb

S.Xankişiyeva14:13 - 13 / 09 / 2021
Kərim Vəliyev Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşüb

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər