Zakir Həsənov Türkiyəyə gedib | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyəyə gedib

S.Xankişiyeva14:04 - 14 / 09 / 2021
Zakir Həsənov Türkiyəyə gedib

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirakı planlaşdırılır.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər