Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

S.Xankişiyeva08:47 - 14 / 09 / 2021
Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, Hikmət Hacıyev görüşlə bağlı Twitter səhifəsində paylaşım edib.

“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm. Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”, deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər