Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb

10:10 - 17 / 09 / 2021
Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, ilk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bakıda binanın fasadı uçub

02 / 01 / 2026, 17:25

Bakıda 9 ağac aşıb

02 / 01 / 2026, 12:49
Bütün xəbərlər