Polad Bülbüloğlu: Hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

S.Xankişiyeva18:00 - 18 / 09 / 2021
Polad Bülbüloğlu: Hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bu gün olduğu kimi hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, hər il sənət adamları konsert çərçivəsində 18 sentyabrda Şuşaya səfər edəcək: "Mənim üçün bu gün Şuşada olmaq çox böyük qürur və fəxrdir. Mən əvvəl mədəniyyət naziri olanda biz hər il sentyabrın 18-ni güllələnmiş heykəllərin önünə gül qoyurduq. Xoşbəxtəm ki, bu ənənə davam edir".

Paylaş:
1003

Son xəbərlər

Bütün xəbərlər