Polad Bülbüloğlu: Yuxumuza gəlməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu: Yuxumuza gəlməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik - FOTO

S.Xankişiyeva12:38 - 18 / 09 / 2021
Polad Bülbüloğlu: Yuxumuza gəlməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik - FOTO

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı ilə bağlı Şuşaya səfər zamanı Bülbülün ev muzeyinə baş çəkən Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

P. Bülbüloğlu deyib ki, sonra da evin iki divarı çöküb: “Ömür-gün elə gətirib ki, mən bura 2007-ci ildə və 2009-cu ildə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə mən də, Fərhad Bədəlbəyli də tamam ayrı hislər keçirirdik. Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi. Allaha şükür ki, bu günü də gördük. Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Keçən il bu vaxt bizim yuxumuza da gələ bilməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəyovun abidəsi təzədən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bir bayramdır”.

Paylaş:
601

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər