Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

S.Xankişiyeva17:20 - 21 / 09 / 2021
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni elektron informasiya sisteminin yaradılması və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dövlət Nəzarəti İnformasiya Sisteminin yaradılması haqqında” 2021-ci il 30 yanvar tarixli 1275 nömrəli Fərman imzalanıb.

1news.az-ın verdiyi xəbərə görə, Fərmana uyğun olaraq artıq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bütün sahələr üzrə imzalanmış fərman və sərəncamların, o cümlədən verilmiş digər tapşırıqların vaxtında və tam şəkildə icrasına nəzarətin gücləndirilməsini təmin edəcək yeni elektron sistem yaradılıb.

Yeni sistem vasitəsilə bütün tapşırıqların icrasına nəzarətin elektron formada təşkili, hesabat vermənin sadələşdirilməsi, icrası gecikən tapşırıqlar üzrə problemlərin müəyyən edilərək aidiyyəti tədbirlərin görülməsi və onların aradan qaldırılması, nəticə etibarilə yerinə yetirilən işlərin əsaslı qiymətləndirilməsi mümkün olacaq.

Hazırda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri, publik hüquqi şəxslər yeni yaradılmış Dövlət Nəzarəti İnformasiya Sisteminə qoşulub. Ötən dövrdə onlara sistemdən istifadə ilə bağlı təlimlər keçirilib. Artıq 2021-ci il üzrə icraya nəzarət yeni sistem üzərindən onlayn qaydada həyata keçirilir.

Eyni zamanda, sistem vasitəsilə ölkənin rayonlarının müxtəlif sahələr üzrə cari vəziyyəti və inkişafını xarakterizə edən meyarlar əsasında hazırlanmış əsas səmərəlilik göstəricilərinin tətbiqi ilə qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticəsində regionların inkişaf meyilləri, nəzərdə tutulan prioritet istiqamətlərdə işlərin yerinə yetirilməsi vəziyyəti, aktual problemlərin vaxtında aşkar edilməsi və inkişaf üzrə rayonlararası rəqabət mühitinin formalaşdırılması mümkün olacaqdır.

Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətə başlaması ümumilikdə ölkə üzrə yuxarıda qeyd edilən istiqamətləri əhatə edən mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və idarə olunması, obyektiv və nəticəyönümlü hesabatlılığın təşkilini təmin edəcəkdir.

Bununla yanaşı, göstərilən çərçivədə yerinə yetiriləcək tədbirlərin nəticəsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların sürətləndirilməsi, prioritet sahələr üzrə hədəflərin düzgün müəyyənləşdirilməsi və onlara nail olunma dərəcəsinin ölçülməsi, həmçinin icra edilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaqdır.

Paylaş:
399

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər