Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb | 1news.az | Xəbərlər
Siyasət

Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb

S.Xankişiyeva15:39 - 22 / 09 / 2021
Şuşadakı strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun növbəti iclası videokonfrans formatında keçirilib.

Əlaqələndirmə Qərargahından 1news.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının 16 sentyabr tarixli iclasından irəli gələn vəzifə və tapşırıqların İşçi Qrup tərəfindən icrası ilə bağlı məsələlər müzakirə olunub.

İşçi Qrupunun ötən iclasından keçən müddət ərzində müvafiq ərazilərimizdə enerji təyinatlı infrastrukturun bərpasından irəli gələn tədbirlərin icrası, qəbul edilmiş qərarların həyata keçirilməsi üzrə görülmüş işlər nəzərdən keçirilib və növbəti addımlar müəyyənləşdirilib. İşçi Qrupunun üzvləri tərəfindən ötürücü və paylayıcı elektrik veriliş xətlərinin çəkilməsi, müvafiq yarımstansiyaların qurulması, müəyyən ərazilərdə qaz nəqli sisteminin layihələndirilməsi, istilik təchizatı və s. kimi istiqamətlərdə təqdim edilən məlumatlar dinlənilib, suallar cavablandırılıb.

Şuşa şəhərində strateji obyektlərin elektrik və istilik təminatına dair müzakirələr aparılıb. Elektrik enerjisi infrastrukturunun qurulması istiqamətində görülmüş işlər diqqətə çatdırılıb, elektrik yarımstansiyalarının inşasının davam etdirildiyi vurğulanıb. İstilik təchizatı sisteminin əsasını təşkil edən qazanxanaların əksəriyyətinin elektrik enerjisi ilə işləyəcəyi nəzərə alınmaqla infrastruktur layihələri içərisində elektrik enerjisi ilə təminatın xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilib. Cari ilin 19 sentyabr tarixində Şuşa şəhərində strateji obyektlərin elektrik enerjisi ilə təminatı və istilik təchizatı ilə bağlı görülən işlərə yerində baxış keçirildiyi bildirilib və monitorinqin nəticələri barədə təqdimat nümayiş etdirilib, məhəllədaxili və binadaxili istilik sistemləri üzrə görülmüş işlərlə bağlı məlumat verilib.

Cəbrayıl rayonu ərazisindəki Araz çayının su və energetika ehtiyatlarının Azərbaycan və İran tərəfindən birgə istifadəsinə imkan verəcək “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi üzrə görülən işlər və stansiyaların gələcək istismarına dair məsələlər nəzərdən keçirilib.

İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, işçi qruplar arasında koordinasiyanın effektivliyinin artırılması və zərurət yarandıqda birgə iclasların keçirilməsi praktikasına üstünlük verilməsi tövsiyə olunub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
589

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər