Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın tərkibi genişləndirilib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın tərkibi genişləndirilib

S.Xankişiyeva16:16 - 23 / 09 / 2021
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın tərkibi genişləndirilib

Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri tərkibə əlavə edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə müvafiq bildiriş göndərməlidir.

Paylaş:
552

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

16 / 10 / 2025, 12:42

Sabirabad sakini itkin düşüb

16 / 10 / 2025, 12:39
Bütün xəbərlər