Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı Misir mətbuatının diqqət mərkəzindədir | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı Misir mətbuatının diqqət mərkəzindədir

S.Xankişiyeva18:06 - 25 / 09 / 2021
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı Misir mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda təqdim olunan çıxışı Misir mətbuatının diqqət mərkəzindədir.

“Aldiplomasy” portalı AZƏRTAC-a istinadla Prezident İlham Əliyevin çıxışının ərəb dilində tam mətnini yayımlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Misirin nüfuzlu “Əxbar Əl Yom” və “Əl Dustur” qəzetlərində dərc olunmuş məqalələrdə isə dövlətimizin başçısının çıxışındakı əsas məqamlar yer alıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Qarabağ münaqişəsinin 30 ildən sonra həll edildiyini və tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bildirib. Azərbaycanın dövlət başçısı sözügedən münaqişənin artıq tarixə qovuşduğunu və ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin Qarabağ və Zəngəzur iqtisadi zonalarına daxil olduğunu deyib.

Məqalələrdə Prezident İlham Əliyevin münaqişədən sonrakı vəziyyətlə əlaqədar fikirləri sitat gətirilir: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Paylaş:
738

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər