Aeroport yolundakı qəza ilə bağlı cinayət işi başlandı - RƏSMİ
Bakıda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən 1news.az-a verilən məlumata görə, ilkin olaraq 5 nəfərin öldüyü təsdiqlənib: "7 nəfərin isə vəziyyəti ağırdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir".
Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb