PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək – FOTO

S.Xankişiyeva10:00 - 15 / 10 / 2021
PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək – FOTO

Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkətinin anderrayter kimi çıxış etdiyi daha bir lahiyənin təqdimat tədbiri baş tutmuşdur.

Regionda hava nəqliyyatında ən böyük yük daşıma şirkəti olan Silk Vey Vest Aviaşirkəti ilk dəfə kapital bazarlarında istiqraz buraxılışı həyata keçirəcəkdir.

İstiqraz emissiyasının təqdimat tədbiri Mariott Bakı Bulvar Oteldə keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin icraçı direktoru Ceyhun Hacıyevin salamlama nitqindən sonra çıxış edən AR Mərkəzi Bankı və Bakı Fond Birjasının rəsmiləri Azərbaycanda kapital bazarlarının inkişaf etdirilməsində bənzər tipli istiqraz buraxılışlarının əhəmiyyətini vurğulamışlar. Silk Vey Vest Aviaşirkətinin maliyyə direktoru Mirsəməd Mövsümzadə və PAŞA Kapital investisiya şirkətinin direktor müavini Ruslan Xəlilov şirkətin əsas fəaliyyət istiqamətləri və maliyyə göstəriciləri barədə ümumi məlumat verərək investorların suallarını cavablandırmışlar.

Silk Vey Vest Aviaşirkəti tərəfindən Bakı Fond Firjasında kütləvi təklif olunacaq istiqrazlar 3 il tədavüldə olacaq və rüblük sabit 5% (beş faiz) kupon ödənişləri həyata keçirəcəkdir. Buraxılışın ümumi həcmi 50 milyon ABŞ dollarıdır və hər biri 25 milyon ABŞ dolları olan iki tranşda emissiya olunacaqdır. Qeyd edək ki, istiqrazların nominal dəyəri 1,000 ABŞ dolları təşkil edir.

Silk Vey Vest Aviaşirkətinin əsas fəaliyyəti Bakı Heydər Əliyev Hava Limanında yerləşən mərkəzi qovşaqdan Avropa, Asiya və Şimali və Cənubi Amerika istiqamətlərində hava yüklərinin daşınmasıdır. Aviaşirkətin əsas səhmdarları “Silk Vey Holdinq” MMC və “Silk Vey Development” MMC -dir.

PAŞA Kapital İnvestisiya Şirkəti 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

Silk Vey Vest Aviaşirkəti istiqrazlarını əldə etmək istəyən şəxslər PAŞA Kapital investisiya şirkətinə müraciət edə bilərlər.

Əlaqə nömrələri:

+994 12 493 33 66

+994 12 493 33 88

+99 455 226 33 66

Reklam hüququnda

Paylaş:
528

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər