Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir – VİDEO

S.Xankişiyeva12:54 - 16 / 10 / 2021
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin döyüş atışları keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Atış çalışmalarında döyüş heyətləri “OSA” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri yerinə yetirirlər.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra edirlər.

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər