Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

S.Xankişiyeva12:08 - 19 / 10 / 2021
Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulandı, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirildi.

Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olundu.

Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulandı.

Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparıldı.

Paylaş:
492

Son xəbərlər

Bütün xəbərlər