Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

17:43 - 21 / 10 / 2021
Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

Bu ilin sentyabrın 30-na Azərbaycanın strateji valyuta ehtiyatları 51,260 mlrd. ABŞ dolları təşkil edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ehtiyatlar 2020-ci ilin ÜDM-nin 120,3%-ini təşkil edib. Strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun aktivlərindən (44,226 mlrd. dollar) və Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarından (7,034 mlrd. dollar) ibarətdir.

Qeyd edək ki, ilin II rübünün yekunları ilə müqayisədə strateji valyuta ehtiyatları 1,4% artıb.

1news.az

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər