Azərbaycan neftinin qiyməti 87 dolları keçdi
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,43 dollar azalaraq 85,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,91 dollar artaraq 83,87 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 87,13 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 19-da (86,76) qeydə alınıb. ABŞ Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının 0,4 milyon barel azaldığını açıqladıqdan sonra neftin qiymətində bahalaşma müşahidə olunur.
1news.az