İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib – FOTO

S.Xankişiyeva17:16 - 23 / 10 / 2021
İstanbulda Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib – FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu çərçivəsində Türkiyə-Azərbaycan Ortaq Media Platformasının ilk iclası keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun rəhbərliyi ilə keçirilən görüşdə iki qardaş ölkənin media və kommunikasiya sahələri üzrə rəsmi şəxslərlərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

"Bir millət, iki dövlət" şüarı ilə keçirilən iclasda iki qardaş ölkənin kommunikasiya sahəsində əlaqələrinin yaxşılaşdırılması məqsədilə ənənəvi və rəqəmsal media, strateji kommunikasiya, eləcə də ictimai diplomatiya sahələrində əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə kimi məsələlər müzakirə olunub. Türkiyə-Azərbaycan Ortaq Media Platformasının strukturu ilə bağlı məsələlərin də müzakirə edildiyi tədbirdə “ictimai diplomatiya”, “beynəlxalq media”, “strateji kommunikasiya”, “təhsil”, “qanunvericilik və tənzimləmə”, "rəqəmsallaşma və beynəlmiləlləşmə" komitələrinin yaradılması ilə bağlı qərar qəbul edilib.

İclasda çıxış edən Fahrettin Altun bildirib ki, 2020-ci il dekabrın 10-da prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu" ilə rəsmiləşdirilən Ortaq Media Platforması iki ölkə arasında son illər daha da inkişaf edən əlaqələrin media və rabitə sahələrində də tətbiqində çox dəyərli bir addım oldu.

F.Altun qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi zamanı kommunikasiya və media sahələrində də sıx əməkdaşlıq əhəmiyyətli rol oynadı. Media, kommunikasiya, xalq diplomatiyası, həmçinin dezinformasiya ilə mübarizə istiqamətləri Türkiyə-Azərbaycan əməkdaşlığında önəmli yer tutur. Ortaq Media Platforması Türkiyə və Azərbaycan mediasının qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməsi, iki ölkə ictimaiyyətinin effektiv şəkildə məlumatlandırılması, qarayaxma kampaniyaları ilə mübarizədə ortaq strategiyaların hazırlanması baxımından böyük bir addımdır.

Azərbaycanın Vətən müharibəsi zamanı iki qardaş ölkə arasında kommunikasiya sahəsində formalaşan əməkdaşlıqdan bəhs edən Hikmət Hacıyev bu əlaqələrin Birgə Media Platforması vasitəsilə rəsmiləşdirildiyini diqqətə çatdırıb. Media və komunikasiya sahələrində nümayiş etdirilən həmrəyliyin qısa zaman ərzində uğurlu nəticələr verdiyini söyləyən Prezidentin köməkçisi deyib: “Bu gün liderlərimizin səyləri nəticəsində ən yüksək səviyyəyə çatan Azərbaycan-Türkiyə münasibətlərini qorumaq, daha da inkişaf etdirmək və gələcək nəsillərin yüz illər sonra da davam etdirməsini təmin etmək bizim tarixi borcumuzdur".

Hikmət Hacıyev sosial və beynəlxalq media platformalarında Azərbaycana qarşı aparılan dezinformasiyaya qarşı mübarizədə Türkiyənin təcrübəsindən istifadə ediləcəyini də vurğulayıb.

Paylaş:
488

Son xəbərlər

Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49
Bütün xəbərlər