Zakir Həsənov Laçında keçirilən komanda-qərargah təlimini izləyib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Laçında keçirilən komanda-qərargah təlimini izləyib – FOTO – VİDEO

S.Xankişiyeva10:47 - 23 / 10 / 2021
Zakir Həsənov Laçında keçirilən komanda-qərargah təlimini izləyib – FOTO – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonunun ərazisində keçirilən komanda-qərargah təliminin gedişatını izləyib.

Müdafiə Nazirliyindən 1news.az-a bildirilbi ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.

Sonra, nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.

Qeyd olunub ki, dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimdə əsas diqqət komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınaraq müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə tapşırıqlar icra edilib.

Təliminin planına uyğun olaraq bölmələr “Həyacan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutub və qruplaşmalar yaradılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı tapşırıqların şəxsi heyət tərəfindən gizli və operativ yerinə yetirilməsi məşq etdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Paylaş:
155

Son xəbərlər

Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:01Şuşaya yeni sürət yolu çəkilir - AAYDA İdarə Heyəti sədrinin müaviniBu gün, 17:58“Bazel” - “Qarabağ” matçının hakimləri açıqlanıbBu gün, 17:56Tələbə krediti üçün müraciət edənlərin sayı açıqlanıbBu gün, 17:47Cavanşir Məmmədov: “Camaatdan pul yığılıb müğənnilərə verilsin!” - VİDEOBu gün, 17:42Azərbaycan-İran sərhədində atışma olub, bir nəfər zərərsizləşdirilibBu gün, 17:35İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edibBu gün, 17:28FHN müharibənin təhlükəli qalıqları ilə bağlı əhaliyə müraciət edibBu gün, 17:21Kəlbəcərdə yol qəzasında həlak olan hərbçilərdən birinə şəhid statusu verilibBu gün, 17:11Azərbaycanda koronavirusdan ölənlərin sayı 8000-i ötübBu gün, 17:06Buster doza üzrə vaksinasiya olunanların sayı 1 milyonu keçdiBu gün, 16:44Bu gün 1530 nəfər COVID-19-a yoluxub – STATİSTİKABu gün, 16:39Azərbaycan filmləri “Netflix”də yayımlanacaqBu gün, 16:37“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir - Vüqar RəhimzadəBu gün, 16:24Dövlət Sığorta Kommersiya Şirkətinə yeni sədr təyin edildi – SƏRƏNCAMBu gün, 16:04Prokuror Vüqar Səfərliyə cəza istədiBu gün, 16:00Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaqBu gün, 15:45Taleh Ziyadov: Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axımının artımı gözlənilirBu gün, 15:08Qəbələdə karantini pozan restoranın icarədarı və toy sahibi cərimələnib - FOTOBu gün, 15:02Bakıda çiskin olacaq, dağlıq ərazilərdə qar yağacaqBu gün, 14:46
Bütün xəbərlər

Next TV