Unibank 3-cü rübü də mənfəətlə başa vurub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank 3-cü rübü də mənfəətlə başa vurub

18:30 - 25 / 10 / 2021
Unibank 3-cü rübü də mənfəətlə başa vurub

“Unibank” KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.

30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.

“Unibank”ın depozit portfeli də ilin ilk 9 ayı ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 119 mln artaraq, 30 sentyabr 2021-ci il tarixinə 453 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 9 ay ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. İlin əvvəli ilə müqayisədə təkcə Visa və Mastercard debet kartları 53% artaraq 421 mini keçib.

Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. İlin əvvəli ilə müqayisədə “Unibank”ın ümumi kredit portfelinin həcmi 160 milyon manata yaxın- 28% artıb.

Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 29% artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 45 milyon manat təşkil edib.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin əvvəlindən bu yana “Unibank”ın aktivlərinın həcmində 18% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 961 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın balans kapitalı 98 milyon manata çatıb, xalis mənfəəti isə 4 milyon manat təşkil edib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 46% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 15%, say olaraq isə 63% artıb.

Üçüncü rüb ərzində Unibank ölkədə ilk rəqəmsal bank olan “Leobank”ı istifadəyə verib. Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Azərbaycanda nağdsız ödənişlərin inkişafına daha da təkan vermək, müştəriləri bütün bank məhsul və xidmətləri ilə rəqəmsal formada təmin edən Leobank istifadəçilərinin sayı günü gündən artmaqdadır.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-Sənin Bankın!

Reklam hüququnda

Paylaş:
472

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər