Azərbaycan neftinin qiyməti bu ilin rekordunu təzələyib
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar azalaraq 85,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 83,64 dollar olub.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,5 dollar artaraq 88,19 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 20-də (87,13) qeydə alınmışdı. Ekspertlərin fikrincə, neftin bahalaşmasının səbəblərindən biri bu həftənin sonunda Avropa İttifaqı ilə İran arasında danışıqların keçirilməsinə dair xəbərlərin yayılması olub.
1news.az