Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi

Qafar Ağayev17:49 - 26 / 10 / 2021
Yelo Bankın xalis mənfəəti 11 milyonu keçdi

Yelo Bank 2021-ci ilin üçüncü rübü üzrə maliyyə hesabatını açıqladı. Bankın əsas maliyyə göstəriciləri ötən rübdə olduğu kimi bu rüb də artım nümayiş etdirib.

Belə ki, ilin əvvəlindən Bankın xalis mənffəti 11.4 milyon manata çatıb. Eyni zamanda Bankın aktivləri də 105 milyon manat artaraq 495.7 milyon manat təşkil edib.

Ümumi kredit portfeli il ərzində təxminən 100 milyon manat artaraq 408.1 milyon manata çatıb. Bank öz missiyasına sadiq qalaraq biznes kreditləşməsini genişləndirməyə davam edib. Belə ki, bu dövr ərzində 180 milyon manata yaxın biznes krediti verilib. Hazırda kredit portfelinin 56%-i real sektorun payına düşür. Qeyd etmək lazımdır ki, kredit portfeli iri korporativ müştərilər deyil, əsasən mikro, kiçik və orta sahibkarların kreditləşməsi hesabına artıb.

Bununla yanaşı, hesabat dövründə 13 mindən çox müştəriyə 96 milyon manat istehlak krediti verilib. Nəticədə istehlak kredit portfelinin həcmi də 32% artaraq 111.2 milyon manata yüksəlib.

İlin əvvəlindən 6 mindən çox müştəri 180 milyon manatdan çox vəsaitini Yelo Banka etibar edib. Beləliklə, bankın depozit portfeli 32% artaraq 309.5 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayı sürətlə artır. Bu isə Bankın mövcud müştərilərini qoruyub saxlamaqla bərabər, yeniləri üçün həm xidmət keyfiyyəti, həm də şərtlər baxımından cəlbedici olduğunu göstərir.

Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 32.9 milyon manat təşkil edib. Hazırda Bankın məcmu kapitalı 64.3 mln manatdır, bu göstərici requlyativ tələbdən 14.3 mln manat çoxdur.

Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov ötən rübün nəticələrini belə şərh edib: "Hər növbəti ay, hər növbəti rüb yeni strategiyamızın düzgünlüyünə daha da əmin oluruq. Lakin bu nəticələr yalnız strategiya deyil, onu düzgün icra edən 900 nəfərdən ibarət böyük bir komandanın uğurudur. Artan müştəri məmnuniyyəti bu ailənin hər bir üzvünə hər ötən gün daha yaxşı xidmət göstərmək üçün yeni stimul verir. Xidmət keyfiyyətini daha da artırmaq və daha çox müştəriyə çata bilməyimiz üçün filial şəbəkəmizi genişləndirməklə bərabər rəqəmsal məhsullarımızı da inkişaf etdiririk. Tezliklə Yelo Bank hər kəsə daha yaxın olacaq.".

Qeyd etmək lazımdır ki, cari ilin əvvəlindən Yelo Bank yeni 28 may, Xalqlar dostuğu, Sədərək, Mərdəkan, 20 Yanvar filiallarını istifadəyə verməklə bərabər, ötən həftə Baş ofis binasının da açılışını etdi.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!

Yelo Bank - Parlaq bankçılıq

Paylaş:
628

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər