Ceyhun Bayramov: Vətən müharibəsində verdiyimiz itkilər müasir dünya tarixində ən aşağı rəqəmdir | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Vətən müharibəsində verdiyimiz itkilər müasir dünya tarixində ən aşağı rəqəmdir

S.Xankişiyeva11:53 - 05 / 11 / 2021
Ceyhun Bayramov: Vətən müharibəsində verdiyimiz itkilər müasir dünya tarixində ən aşağı rəqəmdir

"Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Mümkün olan bütün çevikliyi ilə göstərdi ki, məsələ sülh yolu ilə həllini tapsın".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın danışıqlar prosesində təzyiq göstərmək cəhdləri olurdu: "Danışıqlar prosesini uzatmaq, ləngitmək cəhdləri görülürdü. Növbəti mərhələdə siyasi təxribat yolları seçildi. Açıq şəkildə siyasi təxribatlara əl atıldı. Ardınca hərbi təxribatlar olurdu. Bütün faktları göstərib vəziyyətin çox təhlükəli hal aldığı ilə bağlı çağırışlar etdik. Təəssüf ki, Ermənistan heç bir nəticə çıxarmadı və sentyabrın 27-də təxribatları geniş müstəviyə keçdi və əks-hücum kəşfiyyatına başladıq. Vətən müharibəsi başladı. Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi".

Nazir vurğulayıb ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı iyrənc ittihamlar irəli sürüldü: "Təbii ki, onların bu cəhdləri alınmadı. Təhlillər aparılıb və bizim gəldiyimiz nəticədən fərqli nəticəyə gəlinərsə, ortaya fakt qoysunlar. Təəssüf ki, qurban verilmədən qələbəyə nail olmaq olmazdı. Vətən müharibəsində itki sayımız müasir dünya tarixində ən aşağı rəqəmdir. Bu, ordumuzun peşəkarlığı deməkdir. Heç bir mülki şəxsin döyüşündən istifadə edilmədi".

Paylaş:
316

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər