Azərbaycan kubokunun püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan kubokunun püşkü atılıb

17:31 - 10 / 11 / 2021
Azərbaycan kubokunun püşkü atılıb

Bu gün Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkü atılıb.

1news.az xəbər verir ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında baş tutub.

Sayca 30-cu, yubiley turnirində mübarizə aparacaq komandaların final yolu bəlli olub. Kubok uğrunda mübarizəyə 12 komanda qoşulacaq.

Ötən mövsüm Premyer Liqada ilk 4 yeri tutan komandalar yarışa gələn il baş tutacaq 1/4 finaldan başlayacaq. Premyer Liqanın digər 4 klubu və yarışa qatılan I divizionun 4 təmsilçisi isə 1/8 finalda münasibətlərini ayırd edəcək.

Qeyd edək ki, turnirin final oyunu mayın 27-də keçiriləcək.

Azərbaycan kuboku
2021/22 mövsümü
1/8 final
(10-11 dekabr 2021-ci il)

1. "Zaqatala" - "Səbail"
2. "Sabah" - "Kəpəz"
3. MOİK - "Qəbələ"
4. "Keşlə" - "Qaradağ-Lökbatan"

1/4 final
(1-2 və 12-13 fevral 2022-ci il)

5. "Zirə" – 1-ci cütün qalibi
6. "Neftçi" – 2-ci cütün qalibi
7. "Sumqayıt" – 3-cü cütün qalibi
8. "Qarabağ" – 4-cü cütün qalibi

1/2 final
(20 və 29 aprel)

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final
(27 may)

11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər