Türk lirəsi 15 qəpiyə enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türk lirəsi 15 qəpiyə enib

S.Xankişiyeva10:01 - 18 / 11 / 2021
Türk lirəsi 15 qəpiyə enib

Noyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib ki, bu da yeni tarixi minimum sayılır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu hesablamalar Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparıb.

Lirənin manata qarşı məzənnəsi son bir ayda 13,9% azalıb. Hazırda 1 manat 6,39 lirəyə bərabərdir.

Ötən gecə lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub. Bu gün Bakı vaxtı ilə saat 08:08-də isə lirə dollara qarşı bir qədər möhkəmlənib və 10,85 lirə təşkil edib. Hazırda lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir.

Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. TMB-nin məlumatına görə, hazırda 1 dollar 10,4180 lirəyə bərabərdir.

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər