Qarabağa gedirik! – FOTO | 1news.az | Xəbərlər
Köşə

Qarabağa gedirik! – FOTO

S.Xankişiyeva11:47 - 30 / 11 / 2021
Qarabağa gedirik! – FOTO

Müəllif: 1news.az saytının baş redaktoru Kəmalə Məmmədova

Bu günlərdə Facebook səhifəmdə iki il əvvəl Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı xatirələr “ortaya çıxmağa” başladı.

Xatırladaq ki, 2019-cu ilin 17-21 noyabr tarixlərində əslində görünməmiş bir hadisə –Azərbaycan və Ermənistan media nümayəndələrinin qarşılıqlı səfərləri təşkil edildi. Azərbaycanlı jurnalistlər İrəvana, oradan Dilicana, daha sonra isə doğma yurdlarına – Qarabağa səfər etdilər. Eyni zamanda erməni jurnalistlər də Bakı, Quba və Gəncədə oldular.

1news.az-ın müxbiri Elşən Rüstəmov Ermənistanda və Qarabağda səfərdə olarkən, biz Bakıda erməni jurnalistlərlə görüşlər keçirdik.

Keçirilmiş görüşlərlə bağlı ilkin olaraq məlumat açıqlanmadığından, ictimaiyyət səfərlərlə bağlı bir neçə gündən sonra xəbər tutdu.

Uzun illər Azərbaycan mətbuatının hər bir əməkdaşı artıq tarixə düşmüş Dağlıq Qarabağ münaqişəsindən, işğaldan deyil, doğma torpaqların azad edilməsindən, yaralı ərazilərin bərpası haqqında yazacağı günü arzulayırdı....

Arzulayırdıq və ümid bizi bir dəqiqə belə tərk etmədi. Hər məqalədə, hər abzasda, hər kəlmədə Qarabağın ağrı-acısı, 30 il erməni əsgərinin tapdaladığı və yerlə-yeksan etdiyi Azərbaycan xalqının onilliklər boyu qurub-yaratdığı torpaq həsrəti duyulurdu.

Ofisdəki əməkdaşlarımızın tarixi səfərindən qayıdan jurnalistin təəssüratlarını necə gözlədiklərini söyləməyə dəyər. Onlar jurnalistin hiss etdiklərini hiss etmək, doğma Qarabağın havasını ora getmiş adamın duyğuları ilə udmağa çalışmaq istəyirdilər...

Auditoriyada ab-hava çox gərgin idi. Təsəvvür edin, azərbaycanlı jurnalist 30 ilə yaxın bizdən alınaraq qeyri-qanuni saxlanılmış və işğal olunmuş, lakin doğma torpaqlarımıza addım atdıqda nə hissləri yaşayıb?!

Biz hamımız müxtəlif neytral məkanlarda və tədbirlərdə erməni həmkarlarımızla görüşəndə ​​təxmini oxşar hissləri yaşadıq. Hisslərimizi cilovlamağa çalışsaq da, qəlbimizdəki ədalətsizlik, kədər hissi və qarşı tərəfin müəyyən qədər təkəbbürü hər kəsin daxilində emosiyalar tufanına səbəb olurdu. Burada, Bakıda erməni mediasının nümayəndələri ilə görüşəndə “​​dəyirmi masa” ətrafında da gərginlik hökm sürürdü.

Onlar özlərini “qalib”, “sahib” kimi hiss edirdilər, bu da təbii ki, bizdə haqlı olaraq hiddət doğururdu. Amma həmin görüşlərdən 2 il keçdi, zaman və hadisələr hər şeyi öz yerinə qoydu. İndi bütün dünya ictimaiyyəti çox yaxşı bilir ki, Qarabağın əsl sahibi kimdir, qonağı və ya qonşu kimdir.

İndi məlumatlar gözləmirik, ürəyimiz qan ağalayaraq Cıdır düzündə rəqs edən sərxoş simaları görmürük.

Bu gün Qarabağa gedirik! İndi əməkdaşlarımıza Hadrut, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, Şuşa və işğaldan azad edilmiş digər şəhər və kəndlərə ezamiyyətlə bağlı elan edirik!

İndi təyyarə ilə Füzuli Hava Limanına uçuruq, Kəlbəcər dağlarının mənzərələrindən həzz alırıq, İsa bulağından su içirik, doğma Şuşanın təmiz havasını sinəmizə çəkirik! Çünki Qarabağ Azərbaycandır!

Foto: 1news.az-ın müxbiri Elşən Rüstəmov Kəlbəcərdə, 2019-cu il.

Foto: 1news.az-ın müxbiri Qafar Ağayev Kəlbəcərdə, 2021-ci il.

Foto: 1news.az-ın əməkdaşları işğaldan azad edildikdən sonra Qarabağda.

Mövzu ilə əlaqədar oxuyun:

Erməni jurnalistlərin Bakı səfəri ilə bağlı sözardı: Şəxsən siz sülh istəyirsiniz?

26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı – Kəlbəcərin Əsrik kəndindən REPORTAJ - FOTO

Tarixi hadisə: AZAL-ın ən böyük təyyarəsi olan “Qarabağ” Füzuli hava limanına endi - FOTO

Azərbaycanlı jurnalistlər, eləcə də 1news.az-ın müxbiri Dağlıq Qarabağda olub – FOTO

Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri müzakirə olunub - VİDEO

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO

“Qarabağın hava qapısı”na tarixi səfər – Fərqli hisslər yaşadan təyyarə elanı – Jurnalistin qeydləri - FOTO - VİDEO

Мы едем в Карабах! - ФОТО

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1756

Sizin üçün xəbərlər

Son xəbərlər

Fransa səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEOBu gün, 14:06Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 19-a çatıbBu gün, 13:52Göyçayda avtomobilin vurduğu piyada Bakıda xəstəxanada ölübBu gün, 13:38Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilibBu gün, 13:25Sabah Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq - XƏBƏRDARLIQBu gün, 13:20“Bu seçkilər Qazaxıstan seçki sisteminin təkmilləşdirilməsində növbəti mütərəqqi addımdır” - DEPUTATBu gün, 13:08İçərişəhərdə təntənəli bayram tonqalı qalandı - FOTOBu gün, 13:02Bakı metropoliteni ötən 2 ayda 34 milyonadək sərnişin daşıyıbBu gün, 12:45Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:29Bu gün Yer Kürəsi GünüdürBu gün, 12:18İrandan Azərbaycana 10 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb - FOTOBu gün, 12:03Qızıl cüzi bahalaşıbBu gün, 11:45Qızının maşınla vurduğu ana 17 gün sonra müalicə aldığı xəstəxanada ölübBu gün, 11:26Pirallahıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 11:11Azərbaycanda polis 24,5 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 10:55Ölkədə 2 gün ərzində cinayət törətməkdə şübhəli bilinən 102 nəfər saxlanılıbBu gün, 10:38Xətai rayonunda ev yanıbBu gün, 10:22Paytaxt teatrlarının bölgələrə Novruz səfərləri başlanırBu gün, 10:04İranlı narkotacirdən onlayn yolla heroin alan Mingəçevir sakini tutulubBu gün, 09:51Ermənistan bölmələri Zəngilanda DSX-nın mövqelərini atəşə tutub, bir hərbçi yaralanıbBu gün, 09:37
Bütün xəbərlər

Next TV