Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib

Qafar Ağayev17:38 - 02 / 12 / 2021
Ərəbdilli mətbuatda Zəngəzur dəhlizinin əhəmiyyəti barədə məqalə dərc edilib

İordaniyanın “Nayruz”, İraqın “Əfkarhür”, Misirin “Mədəniyyət xəbərləri” və Fələstinin “Əl Bayadər” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin “Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər” sərlövhəli məqaləsi yayımlanıb.

1news.az xəbər verir ki, məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur. Yazıda diqqətə çatdırılır ki, ötən ay Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin açılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bütün ölkələrin iqtisadi tərəqqisi üçün mühüm olduğunu bəyan edib.

Müəlliflər qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər. Belə ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir.

Paylaş:
533

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər