Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib

10:24 - 03 / 12 / 2021
Azərbaycan Voleybol Federasiyasında baş katib dəqiqləşib

Azərbaycan Voleybol Federasiyasının yeni baş katibi bəlli olub.

1news.az-ın məlumatına görə, qurumda bu funksiyanı “Azərreyl”dən istefa verən klubun prezidenti Fərid Xəlilov yerinə yetirəcək.

O, növbəti 4 il üçün AVF-nin baş katibi təyin olunub. Xəlilov bu vəzifədə Cəlil Cəfərovu əvəzləyib. “Rabitə”nin sabiq prezidenti federasiyanın yeni vitse-prezidenti seçildiyindən baş katib vəzifəsi boş qalmışdı.

Qeyd edək ki, 38 yaşlı Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər