UEFA-dan kobud səhv: Çempionlar Liqasının püşkatması yenidən keçiriləcək
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü yenidən keçiriləcək.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bu barədə UEFA tvitter səhifəsi vasitəsilə xəbər yayıb.
Bugünkü tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb.
Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.
Qitə futbol qurumu püşkatmanın Bakı vaxtı ilə saat 18:00-da keçiriləcəyini bəyan edib.
1news.az