Millətlər Liqasının püşkü atılıb | 1news.az | Xəbərlər
Futbol

Millətlər Liqasının püşkü atılıb

09:10 - 17 / 12 / 2021
Millətlər Liqasının püşkü atılıb

İsveçrənin Nyon şəhərində Millətlər Liqasında 2022/23 mövsümünün püşkü atılıb.

1news.az xəbər verir ki, mərasimdə Avropanın 55 yığması 4 liqanın 14 qrupuna bölünüb. A, B və C liqalarının hərəsində 4 komandadan ibarət 4 qrupun tərkibi bəlli olub. D liqasında bir qrupda 4, digərində 3 komanda yer alıb.

C liqasında mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri bəlli olub. İtaliyalı baş məşqçi Canni de Byazinin yetirmələri 3-cü qrupda Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi ilə mübarizə aparacaq.

Eyni liqada yarışacaq qardaş ölkə Türkiyə isə 1-ci qrupda Lüksemburq, Litva və Farer adaları ilə gücünü sınayacaq.

A liqası
1-ci qrup: Fransa, Danimarka, Xorvatiya, Avstriya
2-ci qrup: İspaniya, Portuqaliya, İsveçrə, Çexiya
3-cü qrup: İtaliya, Almaniya, İngiltərə, Macarıstan
4-cü qrup: Belçika, Niderland, Polşa, Uels

B liqası
1-ci qrup:
Ukrayna, Şotlandiya, İrlandiya, Ermənistan
2-ci qrup: İslandiya, Rusiya, İsrail, Albaniya
3-cü qrup: Bosniya və Herseqovina, Finlandiya, Rumıniya, Monteneqro
4-cü qrup: İsveç, Norveç, Serbiya, Sloveniya

C liqası
1-ci qrup:
Türkiyə, Lüksemburq, Litva, Farer adaları
2-ci qrup: Şimali İrlandiya, Yunanıstan, Kosovo, Kipr/Estoniya
3-cü qrup: Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan/Moldova
4-cü qrup: Bolqarıstan, Şimali Makedoniya, Gürcüstan, Cəbəllütariq

D liqası
1-ci qrup:
Lixtenşteyn, Qazaxıstan/Moldova, Andorra, Latviya
2-ci qrup: Malta, Kipr/Estoniya, San-Marino

Gələn ilin martında təşkil olunacaq pley-offun Qazaxıstan – Moldova, Kipr – Estoniya oyunlarında qalib gələnlər C, uduzanlar D liqasında oynayacaq.

Yeni mövsümün qrup oyunları isə 2022-ci ildə baş tutacaq. İlk dörd tur iyunun 1-14-də, son iki tur sentyabrın 22-27-də keçiriləcək. B, C, D liqalarında qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaq. A və liqalarının qrup sonuncuları aşağı dəstəyə düşəcək. C liqasında dörd qrup sonuncusu pley-offda iki uğursuzu müəyyənləşdirəcək.

Pley-off 2023-cü ilin martın 21-23 və 24-26-da, A liqasında yarımfinal iyunun 14-15-də, üçüncülük matçı və final iyunun 18-də keçiriləcək.

Qeyd edək ki, AVRO-2024-ün pley-offuna neçə vəsiqənin veriləcəyi çempionatın reqlamenti təsdiqləndikdən sonra dəqiqləşəcək.

1news.az

Paylaş:
522

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər