“Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib | 1news.az | Xəbərlər
İdman

“Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib

16:40 - 05 / 01 / 2022
“Neftçi” Eddi İsrafilovla müqaviləni rəsmiləşdirib

“Neftçi” yeni transferi Eddi İsrafilovla münasibətləri rəsmiləşdirib.

1news.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yeni komandası ilə müqaviləsinin detalları müəyyənləşib.

Paytaxt təmsilçisinin qış fasiləsində ikinci transferi olan milli komandamızın üzvü 2,5 illik sözləşməyə qol çəkib. O, son çempionun heyətində 14 nömrəli formanı geyinəcək.

Eddi İsrafilov İspaniyanın “Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadiz” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib. 2016-cı ildən Azərbaycan millisinə dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” Eddidən əvvəl “Keşlə”nin 27 yaşlı müdafiəçisi Azər Salahlını transfer edib.

1news.az

Paylaş:
686

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər