“Qalatasaray”da Fatih Teriminin yerinə Qvardiolanın keçmiş köməkçisi gətirilir | 1news.az | Xəbərlər
İdman

“Qalatasaray”da Fatih Teriminin yerinə Qvardiolanın keçmiş köməkçisi gətirilir

17:21 - 10 / 01 / 2022
“Qalatasaray”da Fatih Teriminin yerinə Qvardiolanın keçmiş köməkçisi gətirilir

“Qalatasaray” yeni baş məşqçisini böyük ölçüdə müəyyənləşdirib.

1news.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün istefaya göndərilən Fatih Terimi əcnəbi mütəxəssis əvəzləyəcək.

İstanbul klubunun bu posta əsas namizədi olan ispaniyalı Domenek Torrenlə ilkin razılıq əldə olunub. “Barselona”, “Bavariya” və “Mançester Siti”də Pep Qvardiolanın köməkçiliyini etmiş 60 yaşlı mütəxəssisin İstanbul gəlməsi üçün artıq təyyarə bileti də alınıb.

Onun alternativləri isə Bülənt Qorxmaz, Okan Buruk və Roje Şmidtdir.

1news.az

Paylaş:
752

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər