AFFA “Marsel” - “Qarabağ” oyunu ilə bağlı UEFA-ya müraciət edib | 1news.az | Xəbərlər
Futbol

AFFA “Marsel” - “Qarabağ” oyunu ilə bağlı UEFA-ya müraciət edib

13:57 - 02 / 02 / 2022
AFFA “Marsel” - “Qarabağ” oyunu ilə bağlı UEFA-ya müraciət edib

AFFA Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçiriləcək “Marsel” - “Qarabağ” oyun ilə bağlı UEFA-ya müraciət edib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Məmmədov bildirib ki, görüş zamanı hər hansı mümkün erməni təxribatının qarşısının alınması üçün qitə futbol qurumuna müraciət edilib: “İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir. Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək”.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu fevralın 17-də baş tutacaq.

1news.az

Paylaş:
579

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər