Xəzərdə qazma qurğusu çöküb? SOCAR-dan cavab - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə qazma qurğusu çöküb? SOCAR-dan cavab - VİDEO

S.Xankişiyeva10:04 - 02 / 02 / 2022
Xəzərdə qazma qurğusu çöküb? SOCAR-dan cavab - VİDEO

Bir neçə gündür ki, sosial şəbəkələrdə Xəzər dənizində qazma qurğusunun çökməsi anını əks etdirən video geniş müzakirələrə səbəb olub.

1news.az məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Neft Şirkətinə (SOCAR) müraciət edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, kadrlarda əks olunan qazma qurğuları köhnədir.

“Bunlar hurda üçün sökülən köhnə qazma qurğularıdır. Onlar artıq SOCAR-ın balansında deyil, bununla məşğul olan başqa şirkətə məxsusdur. Bu kadrların nə vaxt çəkildiyi barədə məlumatım yoxdur”, - deyə İ.Əhmədov bildirib.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər